Azərbaycanın oğlan basketbolçulardan ibarət U-20 millisi Tbilisidə iki qələbə qazanıb
17.06.2026 - 13:36
Azərbaycanın oğlan basketbolçulardan ibarət U-20 millisi Tbilisidə iki qələbə qazanıb

Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olan Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət yığması iki yoldaşlıq matçında qələbə qazanıb.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Anar Sarıyevin rəhbərlik etdiyi komanda Gürcüstanın U-18 (86:64) və U-20 (75:69) yığmalarını məğlub edib.

Qeyd edək ki, toplanışın əsas məqsədi iyulun 10-19-da Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatının B divizionunun oyunlarına hazırlaşmaqdır.