“Barselona” “Real”ı məğlub edib çempion oldu
21.06.2023 - 01:20
![“Barselona” “Real”ı məğlub edib çempion oldu](https://ww3.apasport.az/storage/news/2023/june/21/big/649218a4baec2649218a4baec31687296164649218a4baec0649218a4baec1.jpg)
Basketbol üzrə İspaniya çempionatının qalibi bəlli olub.
Apasport.az saytı xəbər verir ki, “Barselona” final seriyasında 3:0 hesabı ilə qələbə qazanıb.
Öz meydanında hər iki oyunda qalib gələn Kataloniya təmsilçisi Madriddəki ilk matçda da rəqibini məğlub edib. Tarixində 17-ci dəfə İspaniya çempionu olan “Barselona” özünəməxsus rekordu yeniləyib. “Real” 14 dəfə ölkənin ən güclüsü olub.
Qeyd edək ki, ötənilkli finalda “Real” 3:1 hesabı ilə uğur qazanmışdı.
Final
“Real – “Barselona” – 82:93 (seriyada hesab - 0:3)
0
0