Basketbol Liqasında pley-off oyunları başlayır
30.04.2024 - 09:34
![Basketbol Liqasında pley-off oyunları başlayır](https://ww3.apasport.az/storage/news/2024/april/30/big/6630802b973bb6630802b973bc17144545716630802b973b96630802b973ba.jpeg)
Bu gün Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start veriləcək.
Apasport.az xəbər verir ki, ilk oyun günündə "Xırdalan" və "Neftçi" qarşılaşacaq.
"Sərhədçi" İdman Mərkəzində keçiriləcək 1/4 final matçının start fiti saat 19:30-da səslənəcək. Komandalar arasında ikinci oyun mayın 2-də baş tutacaq.
1/4 finalın "Xəzri" - "Sərhədçi" görüşü sabah keçiriləcək.
Qeyd edək ki, pley-off seriyasında ən tez iki qələbə qazanan klublar yarımfinala yüksələcəklər. Seriyada bərabərlik olarsa, o zaman 3-cü oyun gerçəkləşəcək.
0
0