![Basketbolçularımız çempion oldu](https://ww3.apasport.az/storage/news/2024/july/29/big/66a6b9214aeb966a6b9214aeba172220240166a6b9214aeb766a6b9214aeb8.jpeg)
18 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi Avropa çempionatında final oyununu keçirib.
Apasport.az xəbər verir ki, C divizionunda çıxış edən yığmamız həlledici matçda Lüksemburqla görüşüb.
Baş məşqçi Anar Sarıyevin yetirmələri Albaniyadakı turnirdə ardıcıl 4-cü qələbəsini qazanıb. Basketbolçularımız həlledici oyunda Lüksemburqa qalib gəliblər. Millimiz 78:71 hesabı ilə üstün olaraq C divizionunda 1-ci yeri tutub.
Qeyd edək ki, 3-cü yer uğrunda matçda Albaniya Ermənistanı məğlub edib.
Avropa çempionatı, C divizionu
Final
28 iyul
21:00. Lüksemburq - Azərbaycan - 71:78 (9:18, 20:21, 24:18, 18:20)
Tomorr Sinani İdman Sarayı