Bu gün 20 yaşadək basketbolçu oğlanlar arasında Avropa çempionatının B divizionunda mübarizəyə start verilib.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi Rumıniyada təşkil olunan yarışın qrup mərhələsində ilk matçına çıxıb.
İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi yığmamız Portuqaliya ilə görüşüb. Oyun rəqib komandanın böyük üstünlüyü ilə keçib. Portuqaliya 90:34 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Avropa çempionatının B divizionunu iyulun 21-dək davam edəcək. Komandamız iyulun 13-də saat 16:30-da Böyük Britaniya, 14-də saat 14:00-da İrlandiya, 17-də saat 14:00-da Niderlandla üz-üzə gələcək.
U-20-lər (oğlanlar) arasında Avropa çempionatı
B divizionu, B qrupu
I tur, 12 iyul
21:30. Portuqaliya - Azərbaycan - 36:90 (16:14, 21:3, 27:14, 26:3)
Mioveni İdman Zalı
- "Omoniya"nın baş məşqçisi: "Növbəti mərhələyə vəsiqə qazanmağa biz daha layiq idik"
- Elmar Baxşıyev: "Belə vəziyyətlə daha əvvəl də qarşılaşmışıq" - MÜSAHİBƏ
- Kurtuanın ardınca Militao
- Emin İmaməliyev: "Qarabağ”ın hücumçuya ehtiyacı varsa, onlar bunu reallaşdıracaq"
- İmaməddin Xəlilov: "Bəzi hisslər var ki, onları ifadə etmək olmur"