Azərbaycanı Serbiyada keçiriləcək Gimnaziadada təmsil edəcək 3x3 basketbol üzrə 15 yaşadək oğlanlar və qızlardan ibarət millilərinin heyətləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Zaur Paşayevin baş məşqçisi olduğu komandanın heyəti Rəvan Məmmədyarov, Yunis Gəncəliyev, Faiq Kərimov və Tunar Hacızadədən ibarətdir.
Tatyana Deniskinanın rəhbərlik etdiyi qızlardan ibarət komandada isə Aylin Niftəliyeva, Aylin Əkbərzadə, Nəzrin Almazova və Günel Məmmədli yer alıb.
Komandalar bu gün yarışın keçiriləcəyi Zlatobir şəhərinə yollanıb.
Qeyd edək ki, bu gün başlayacaq Gimnaziada aprelin 14-nə qədər davam edəcək.
- Gənclər Liqası: “Qarabağ” böyük hesabla məğlub oldu - YENİLƏNİB
- 5 boksçumuz beynəlxalq turnirdə yarımfinala yüksəlib
- “Atletiko” məğlub oldu - “Barsa” finalda
- "Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verib
- Azərbaycanlı hakimlər üçün VAR təlim-tədris proqramı keçirilir