Yeniyetmələrdən ibarət millilərimiz basketbol tariximizdə yeni bir rekorda imza atıblar.
Apasport.az xəbər verir ki, 2024-ci ilin iyul ayında yeniyətmələrdən ibarət oğlan və qız milli komandalarımız Albaniya, Cəbəllütariq və Kosovoda baş tutumuş Avropa çempionatlarının "C" divizionunda iştirak ediblər. Belə ki, bu Avropa çempionatlarında millilərimiz Azərbaycanın basketbol tarixində ilk dəfə olaraq ölkəmizi rekord sayda, dörd kateqoriyada təmsil ediblər.
Millilərimizin Avropa çempionatlarında göstərdikləri uğurlu nəticələri sizlərə təqdim edirik.
U-16 qız millimiz - Qızıl medal
U-18 oğlan millimiz - Qızıl medal
U-18 qız millimiz - Gümüş medal
U-16 oğlan millimiz - 4-cü yer
Qeyd edək ki, indiyə qədər ən yaxşı göstərici ötən il 3 kateqoriya - oğlanların yarışında U-16 və U-18, qızlarda isə U-16 Avropa çempionatında iştirak olub.
- Rövlan Muradov: "Qarabağ"la matçda üç xal qazansaq, daha gözəl olardı" - MÜSAHİBƏ
- Polşa millisinin hücumçusu “Yuventus”da
- Neymarın 2 qol ötürməsi “Santos”a qələbə qazandırdı
- Birinci Liqa: "Qəbələ" 3 xalı 1 qolla qazandı - YENİLƏNİB
- "Narahatlıq yaradan məsələ qrup oyunlarının İsveçdə olmasıdır" - Vitali Borisov