“Şəki”nin baş məşqçisi Bedri Meriç klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, o, Azərbaycan Basketbol Liqasının “Gəncə” ilə görüşü barədə fikirlərini bölüşüb:
“Bu gün tamamilə diqqətimizi müdafiəyə yönəltmişdik. "Gəncə" ilə ilk matçımızda etdiyimiz səhvləri bilirdik. Həmin matçda vacib 2 oyunçumuzun zədələnməsi nəticəsində uduzmuşduq. Bu dəfə isə tam heyət olunca və istədiyimiz müdafiə oyununu sərgiləyincə qalib gəldik. Bu gün tamamilə müdafiə sayəsində qələbə qazandıq. Qrupda lider olmağımız motivasiya baxımından önəmlidir. Lider kimi başa vurduğumuzdan, kubok matçlarında 1/4 finaldan başlayacağıq. Ona görə də bu qələbə çox vacib idi. Oyunçularımı qələbə münasibətilə təbrik edirəm".
Qeyd edək ki, görüş “Şəki”nin 72:66 hesablı qələbəsi ilə nəticələnib.
- "Yunayted"dən transfer bombası: Braziliyalı ulduz Mançester yolunda
- Güləş üzrə Ukrayna millisinin azərbaycanlı məşqçisinə Bakıda xüsusi mükafat verilib
- "Neftçi"nin Konfrans Liqasının pley-offunda potensial rəqibləri azaldı: 4 variant
- "Fənərbaxça" növbəti mərhələyə yüksəldi
- “Fənər”in futbolçusu Fransa klubunda