Cəmi 3 ay komandada qaldı: "Fənər"in oyunçusu klubu tərk etdi
31.01.2025 - 17:35
![Cəmi 3 ay komandada qaldı: "Fənər"in oyunçusu klubu tərk etdi](https://ww3.apasport.az/storage/news/2025/january/31/big/679ccf039251e679ccf039251f1738329859679ccf0392513679ccf039251d.jpg)
“Fənərbaxça”nın basketbol üzrə kişilərdən ibarət komandasında ayrılıq baş verib.
Apasport.az xəbər verir ki, “Fənərbaxça Beko” Skayler Maysla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı basketbolçu “sarı-lacivərdlilər”ə 3 ay öncə qoşulmuşdu.
Qeyd edək ki, “Fənərbaxça” daxili çempionatda 15 qələbə, 1 məğlubiyyətlə turnir cədvəlinin ən üst pilləsində qərarlaşıb.
0
0