
"Bu gün Azərbayca çempionatının ən güclü komandalarından biri "Sabah"la cox çətin oyunumuz oldu və qalib gəlməyi bacardıq".
Apasport.az xəbər verir ki, bunu "Neftçi" basketbol komandasının baş məşqçisi Daviti Çivçivadze deyib.
O, Azərbaycan kubokunun 1/4 finalında "Sabah" üzərində qazanlmış 85:81 hesablı qələbəni şərh edib:
"Biz 35 dəqiqə ərzində oyuna tam nəzarət edirdik. Son dəqiqələrdə rəqib yaxşı atışlar edərək xal fərqini azaltdı. Müdafiəmizdə bəzi problemlər var idi. Təbii ki, biz bunların üzərində işləyəcəyik. Komandamı qələbə münasibətilə təbrik edirəm. Növbəti mərhələdə rəqibimiz NTD komandası olacaq. Biz həmin oyuna da yaxşı hazırlaşacaq və çalışacağıq ki, qələbə qazanaq".
Qeyd edək ki, "Neftçi" yarımfinalda NTD ilə qarşılaşacaq.
- Fərid Qayıbov “Gənc idman liderləri” proqramının iştirakçıları ilə görüşüb
- Karateçilərimiz Qran-Pri turnirində medal sıralamasında birinci yeri tutub
- Karateçilərimiz Polşada 3 medal qazanıblar
- “Şimal” klubunun UEFA Regionlar Kubokundakı rəqibləri müəyyənləşib
- 3 boksçumuz beynəlxalq turnirin yarımfinalında