Federasiya prezidenti basketbol yığması ilə görüşüb
13.06.2024 - 19:35

Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev və rəyasət heyətinin üzvləri 3x3 növü üzrə qadınlardan ibarət milli ilə görüşüb.
Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.
Qurumun prezidenti yığmamızı Avropa kubokunun final mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib. O, basketbolçularımıza qarşıdakı yarışlarda uğurlar arzulayıb. Görüşün sonunda federasiya rəsmiləri yığmanın oyunçuları ilə xatirə şəkilidə çəkdiriblər.
Qeyd edək ki, millimiz Kosovoda keçirilən təsnifat turnirinin qalibi olaraq final mərhələsinə yüksəlib.
- Boksçularımızdan 2 qızıl, 2 gümüş
- Paris-2024: Sərbəst güləşçilərimiz mübarizəyə başlayır - Günün proqramı
- Premyer Liqa klubu 18 futbolçusunu göndərdi
- Marakvelidze: “Neftçi”yə qarşı bir saniyə belə rahat olmamalısan” - MÜSAHİBƏ
- Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə master klass başa çatıb
0
0