“Gəncə”nin 2 üzvü milliyə çağırılıb
13.11.2024 - 15:34
![“Gəncə”nin 2 üzvü milliyə çağırılıb](https://ww3.apasport.az/storage/news/2024/november/13/big/67348f17e83f167348f17e83f2173149775167348f17e83ef67348f17e83f0.png)
“Gəncə” basketbol komandasının iki üzvü Azərbaycan millisinə dəvət alıb.
Apasport.az xəbər verir ki, kapitan Elşad Şirzadov və Cəbrayıl Əkbərov yığmaya çağırılıb.
Basketbolçular noyabrın 21-də 2027-ci il dünya çempionatının seçmə mərhələsində üçüncü oyununa çıxacaqlar. Millimiz İrlandiyada meydan sahibləri ilə qarşılaşacaq.
0
0