![Hakimlərimiz Azərbaycanı beynəlxalq arenada təmsil edəcəklər](https://ww3.apasport.az/storage/news/2024/may/04/big/663665bad21a5663665bad21a61714841018663665bad21a3663665bad21a4.jpg)
FIBA dərəcəli beynəlxalq hakimlərimiz yay aylarında təşkil olunacaq yeniyetmə oğlanlar arasında Avropa çempionatının oyunlarında ölkəmizi təmsil edəcəklər.
Apasport.az xəbər verir ki, beynəlxalq basketbol qurumu FIBA-nın ölkəmizdən seçdiyi üç hakim – Ələkbər Həsənov, Ruslan Xalıqov və Urfan Bayramlı müvafiq olaraq aşağıdakı ölkələrdə keçiriləcək yarışlarda fit sahibi olacaqlar:
Ələkbər Həsənov – Rumıniya, U-20 oğlanlar “B” diviziyonu (12-21 iyul) və Yunanıstan, U-16 oğlanlar “A” divizyonu (9-17 avqust).
Ruslan Xalıqov – Albaniya, U-16 oğlanlar “C” divizyonu (9-14 iyul).
Urfan Bayramlı – Cəbəllütariq, U-16 qızlar “C” divizyonu (9-14 iyul) – Albaniya, U-18 oğlanlar “C” divizyonu (23-28 iyul) – Şimali Makedoniya, U-16 oğlanlar “B” divizyonu (8-17 avqust).