Halil Atlı: “Mövsümün ən bərbad oyununu keçirdik”
19.03.2025 - 19:54
Halil Atlı: “Mövsümün ən bərbad oyununu keçirdik”

"Gəncə" basketbol komandasının baş məşqçisi Halil Atlı klubun mətbuat xidmətinə açıqlama verib.

Apasport.az xəbər verir ki, o, Azərbaycan Basketbol Liqasının XIX turunun "Şəki" ilə görüşünü (87:91) dəyərləndirib:

"Rəqibimiz mübarizədən vaz keçmədən oynadı. Önəmli qələbə qazandılar. Özümüzə gəlincə, mövsümün ən bərbad oyununu keçirdik. Meydançada istədiyimiz bir çox şeyi edə bilmədik. Buna baxmayaraq bir çox parametrlərdə rəqibimizdən üstün çıxış etdik. Hakimlikdən narazı qaldım. Meydançada bəzi vaxtlarda nəfəs almağa imkan vermədiklərini fikirləşirəm. Düzdü, hakimlərin pis niyyətdə, qərəzli olduğunu düşünmürəm. Yəqin ki, rəqib komandada belə düşünür. Məncə, qonaq komanda olmağın narahatlığını daha çox yaşadıq. Nəticədə məğlubiyyətlə üzlədik. Qarşıda kubokda yarımfinal görüşümüz var. Həmin oyuna konsentrasiya olunmalıyıq. Liqada pley-off oynamaq hədəfimizə çatacağıq. Gəncəliləri sevindirmək istəyirik. Ötən mövsümdəkindən fərqli çıxış edirik".