Lebron Olimpiya Oyunlarının tarixinə keçib
09.08.2024 - 12:33
![Lebron Olimpiya Oyunlarının tarixinə keçib](https://ww3.apasport.az/storage/news/2024/august/09/big/66b5d447baff566b5d447baff6172319239166b5d447baff366b5d447baff4.webp)
Dünya basketbolunun ulduzlarından biri Lebron Ceyms Olimpiya Oyunlarının tarixinə düşüb.
Apasport.az xəbər verir ki, idmançı bu uğura olimpiadalarda ikinci dəfə tripl-dabl edərək nail olub.
Lebron 16 xal, 12 ribaund və 10 assistlik performansla oynayıb. O, Olimpiya Oyunları tarixində tripl-dabl etməyi bacaran dördüncü idmançıdır. Bu uğura ilk nail olan idmançı isə SSRİ-dən Aleksandr Belov olub.
Qeyd edək ki, Lebron Ceyms ilk tripl-dablını 2012-ci ildə keçirilmiş London Olimpiadalarında edib.
0
0