“Lənkəran” oyunçusu ilə yollarını ayırıb
09.01.2026 - 12:40
“Lənkəran” basketbolçusu ilə vidalaşıb.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, cənub təmsilçisi Qabon millisinin üzvü Entoni Tseqakele ilə yolları ayırıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
26 yaşlı basketbolçu karyerasını İspaniyada davam etdirmək qərarına gəlib. O, bu ölkənin aşağı divizionunda mübarizə aparan “Xixon” klubunun şərəfini qoruyacaq.
Tseqakele cari mövsümün əvvəlində Kanadanın “Saskatçevan Reytls” klubundan “Lənkəran”a keçmişdi.
- Emin İmaməliyev: "Juninyo getsə də, "Qarabağ" hücum zonasında sıxıntı çəkməyəcək"
- Tərlan Əhmədov: “Çempionluq uğrunda mübarizə “Zirə”, “Neftçi” və “Qarabağ” arasında gedəcək”. - Müsahibə
- Millətlər kubokunda 3 qızıl və 2 gümüş medal - FOTOLENT
- “Qarabağ”ın gözü YENİDƏN ONDA
- Ukraynalı atlet 37 illik rekordu qırdı
0
0