Millilərimiz hazırlıqlara başlayıblar
01.05.2025 - 12:54
Azərbaycanın 16 və 18 yaşadək qızlardan ibarət basketbol milliləri Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışının ilk mərhələsinə start veriblər.
Apasport.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komandalar hazırlıqda taktiki, texniki və fiziki çalışmalarla yanaşı, bir sıra yoxlama oyunları da keçirəcəklər.
Toplanışa mayın 9-da yekun vurulacaq.
Qeyd edək ki, təlim-məşq prosesinin ilk mərhələsində əsas məqsəd iyul və avqustunda baş tutacaq Avropa çempionatı B divizionunun oyunlarına hazırlıqdır.
- Azərbaycan kubokunun finalçıları müəyyənləşdi
- Qurban Qurbanov davam edən danışıqlardan və Lunyovun transferinin alınmamasından danışdı - Video
- III MDB Oyunları: Batut gimnastikası üzrə yarışlara start verilib - FOTO
- Diniyev “sarı” aldı, komandası son dəqiqədə üzüldü
- “Sabah” lideri devirdi - YENİLƏNİB
0
0