Millimiz "Airom Cup" beynəlxalq turnirində çempion olub
25.06.2025 - 17:16
Qazaxıstanın Atrau şəhərində təşkil olunmuş "Airom Cup" beynəlxalq turnirində basketbol üzrə qızlardan ibarət U-16 millimizin son oyunları baş tutub.
Apasport.az xəbər verir ki, U-16 seçməmiz turnirin son oyunlarında Qazaxıstanın "Barsy Atrau" klubuna 68:32, Rusiyanın "MBU Volqoqrad" klubuna isə 58:47 hesabları ilə qalib gələrək, "Airom Cup" beynəlxalq turnirinin çempionu olub.
Qeyd edək ki, qızlarımız bu çempionluğu bütün oyunlarını qalib tamamlayaraq qazanıblar.
- “Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri
- Transferlər üçün 19,7 milyard avro
- Azərbaycan şahmatçıları Türkdilli ölkələrin III Universiadasında medal qazanıblar
- Rəşad Sadıqov: "Hakimə etiraz ediriksə, o demək deyil ki, narazıyıq" - VİDEO
- "Qarabağ" - "Ludoqorets" matçının biletləri satışa çıxarılır
0
0