Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisi Avropa kubokunda çıxış edəcək.
Apasport.az xəbər verir ki, yığmamız Kosovonun paytaxtı Priştinada keçirilən təsnifat mərhələsində uğur qazanıb.
Yarımfinalında İrlandiyanı 21:12 hesabı ilə məğlub edən milli finalda Kiprlə qarşılaşıb. Komandamız həlledici görüşü də yüksək səviyyədə keçirərək, qələbəni bayram edib - 20:18.
Avropa kuboku
Təsnifat mərhələsi
Yarımfinal
9 iyun
21:15. Azərbaycan – İrlandiya - 21:12
Final
22:15. Kipr – Azərbaycan - 18:20
Qeyd edək ki, Avropa kubokunun final mərhələsi avqustun 22-25-də keçiriləcək. Turnirə Avstriya ev sahibliyi edəcək.
- Fərid Qayıbov: Elə məqamlar var ki, nazir kimi çox şeyi danışa bilmirəm - MÜSAHİBƏ
- Donald Gerye Azərbaycandan getmək istəmir – danışıqlara davam
- “Formula-2”: Verşurun bolidi yararsız hala düşdü
- Boksçularımızın “Strandja” turnirində ilk rəqibləri bəlli oldu
- Adil Şükürov: "Xahiş edirəm ki, "Kəpəz"ə dəstək olsunlar"