20 yaşadək basketbolçu oğlanlar arasında Avropa çempionatının B divizionunda qrup mərhələsi davam edir.
Apasport.az xəbər verir ki, Rumıniyada təşkil olunan yarışda III turun oyunları keçirilib.
B qrupunda mübarizə aparan Azərbaycan millisi İrlandiya ilə görüşüb. İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi yığmamız 58:61 hesabı ilə uduzub.
Qeyd edək ki, Avropa çempionatının B divizionunun oyunları iyulun 21-dək davam edəcək. Komandamız növbəti matçını iyulun 17-də Niderlanda qarşı keçirəcək.
U-20-lər (oğlanlar) arasında Avropa çempionatı
B divizionu, B qrupu
III tur, 14 iyul
14:00. İrlandiya - Azərbaycan - 61:58 (22:17, 22:7, 11:16, 6:18, )
Pitesti Arena
- Yüksək Liqa: Xədicə Seyidli ən gənc və perspektivli oyunçu seçilib - FOTO
- Sərxan Hacıyev: “Elmar Məmmədyarov yanlış başa düşüb, komanda sayı dəyişməyəcək"
- “Zirə”nin futbolçusu: “Gözləntilər böyük idi”
- "Çelsi" 35 milyona müdafiəçi alır
- Benzema: “Çempionlar Liqasını bir neçə dəfə də qazanmaq istəyirəm”