Millimiz Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək
13.04.2024 - 10:17
![Millimiz Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək](https://ww3.apasport.az/storage/news/2024/april/13/big/661a173c7ca0e661a173c7ca0f1712985916661a173c7ca0c661a173c7ca0d.jpeg)
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək.
Apasport.az xəbər verir ki, komandamız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ikinci günündə Monqolustan və Niderland kollektivləri ilə üz-üzə gələcək.
Qarşılaşmalar müvafiq olaraq 11:55 və 13:45-də keçiriləcək.
Qeyd edək ki, qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar.
0
0