Millimiz San Marinonu məğlub edib
05.07.2025 - 20:34
Millimiz San Marinonu məğlub edib

Azərbaycanın oğlanlardan ibarət basketbol üzrə U-16 millisi Avropa çempionatının C divizionuna qələbə ilə başlayıb.

Apasport.az xəbər verir ki, təmsilçimiz ilk görüşdə San Marino yığmasını məğlub edib.

Matç millimizin 105:60 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, yığmamız sabah Andorra ilə qarşılaşacaq.