Millimizdən beynəlxalq turnirdə uğurlu start
23.06.2025 - 20:57
Millimizdən beynəlxalq turnirdə uğurlu start

23 iyun qızlardan ibarət U-16 millimizin Qazaxıstanın Atrau şəhərində təşkil olunmuş "Airom Cup" beynəlxalq turnirində ilk oyunları baş tutub.

Apasport.az xəbər verir ki, U-16 seçməmiz turnirdə ilk görüşünü Qazaxıstanın "Aul Sport" klubuna qarşı keçirib və 72:32 hesablı qələbə qazanıb.

Yığmamız ikinci oyununda isə digər Qazaxıstan təmsilçisi "Barsy Atrau" klubu ilə qarşılaşıb və 78:43 hesabı ilə rəqibinə qalib gəlib.

Qeyd edək ki, millimizin növbəti oyunları 24 iyunda baş tutacaq.