3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsi start götürüb.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi mübarizəyə seçmə mərhələdən başlayıb.
Komanda A qrupunda Tailand və Litva yığmaları ilə qarşılaşıb.
Hər iki oyunda Azərbaycan komandası məğlub olub. Tailand - Azərbaycan 21:5, Litva - Azərbaycan 21:5.
Günün ikinci yarısında “Neftçi SOCAR” əsas mərhələnin A qrupunda “Yanjing” (Çin) klubu və Çin millisi ilə münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşmalar müvafiq olaraq 16:05 və 17:55-də start götürəcək.
Qeyd edək ki, Dünya Seriyasının Sumqayıt mərhələsi iyunun 21-də başa çatacaq.