Millimizin mediaya açıq məşqi keçiriləcək
14.11.2024 - 11:57
![Millimizin mediaya açıq məşqi keçiriləcək](https://ww3.apasport.az/storage/news/2024/november/14/big/6735aa1535be46735aa1535be517315701976735aa1535be26735aa1535be3.jpeg)
Bakı İdman Sarayında basketbol üzrə kişilərdən ibarət milli komandamızın mediaya açıq məşqi baş tutacaq.
Apasport.az xəbər verir ki, 17 noyabrda baş tutacaq məşq prosesi saat 11:30-dan, 13:30-a qədər davam edəcək.
Millimizin baş məşqçisi Tahir Baxşıyev İrlandiya seçməsi ilə oyun öncəsi media nümayəndələrinin suallarını cavablandıracaq.
0
0