“Yarımfinaldan sonra emosiyalarımı saxlaya bilmirdim".
Apasport.az xəbər verir ki, bunu Azərbaycanın 3x3 basketbol millsinin üzvü Dina Ulyanova Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində qalib olmaları barədə danışarkən deyib.
Dina Ulyanova hər zaman komandasına inandığını bildirib: "Lakin hər görüş gərgin keçirdi. Daim konsentrasiyalı olmaq lazım idi. Sonadək mübarizə nəticəsində istəyimizə çatdıq. Aleksandra Mollenhauerin qələbə atışından sonra əmin olduq ki, biz Olimpiya Oyunlarına gedirik”.
Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanan millinin oyunçusu bu uğuru Parisdə davam etdirmək istədiklərini bildirib: "Olimpiya Oyunlarında dünyanın 8 güclü komandası mübarizə aparacaq. Orada 1 dəqiqə belə arxayınlaşmaq olmaz. Hamı fəxri kürsü üçün mübarizə aparacaq. Parisdəki hədəfimiz mükafat qazanmaqdır".
- "Mançester Yunayted"dən "Fənərbaxça"ya şad xəbər: Kadıköyə gələ bilməyəcək
- Sahil Babayev: "Azərbaycan çempionatına titulundan asılı olmayaraq hər bir boksçu qatılacaq"
- Azərbaycan Premyer Liqası dünya reytinqində 19 pillə irəlilədi
- Pyotr Kondakov: “Yunanları Bakıda "döyəcəklər”
- Jozef Blatter və Mişel Platiniyə korrupsiya işi üzrə bəraət verildi