“Naxçıvan”dan daha bir transfer
29.09.2024 - 13:58
![“Naxçıvan”dan daha bir transfer](https://ww3.apasport.az/storage/news/2024/september/29/big/66f92511d943e66f92511d943f172760398566f92511d943c66f92511d943d.webp)
"Naxçıvan" heyətini daha bir basketbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, amerikalı Deşan Veydlə 1 illik müqavilə imzalanıb.
Veyd son mövsümü Gürcüstan A liqasında keçirib. 25 yaşlı basketbolçu “Burji” komandasının şərəfini qoruyub.
Qeyd edək ki, Deşan çıxış etdiyi 14 oyunda orta hesabla 32,7 dəqiqə meydanda olub və 18,1 xal toplayıb.
0
0