![NBA: Alperen Şengündən dabl-dabl](https://ww3.apasport.az/storage/news/2025/january/29/big/6799f1865e1146799f1865e11517381420866799f1865e1126799f1865e113.jpg)
NBA-da müntəzəm mövsüm davam edir.
Apasport.az xəbər verir ki, bu gün 4 matç keçirilib.
“Hyuston Rokets” ardıcıl ikinci səfərdən də qələbə ilə dönüb. Texaslılar bu dəfə “Atlanta Houks”u məğlub ediblər. 100:96 hesabı ilə başa çatan qarşılaşmada 18 xal və 10 ribaundla oynayan Alperen Şengün dabl-dabl edib. Beləliklə, Türkiyə millisinin üzvü NBA karyerasında 4000 xallıq həddi keçib.
“Portlend Treyl Bleyzers” isə evdə “Miluoki Baks”ı 125:112 hesabı ilə məğlub edib. Qonaq komandada Yannis Antetokumbo 39 xal toplayıb.
NBA
Müntəzəm mövsüm
"Filadelfiya" - "Leykers" 104:118
"Atlanta" - "Hyuston Rokets" 96:100
“Qolden Steyt Vorriors” - “Yuta Caz” 114:103
“Portlend Treyl Bleyzers” - “Miluoki Baks” 125:112