NBA-da yarımfinalçılar bəlli olub
20.05.2024 - 12:26
![NBA-da yarımfinalçılar bəlli olub](https://ww3.apasport.az/storage/news/2024/may/20/big/664b0912b3bcb664b0912b3bcc1716193554664b0912b3bc9664b0912b3bca.jpg)
Milli Basketbol Assoasiyasında (NBA) yarımfinala yüksələn bütün komandalar müəyyənləşib.
Apasport.az xəbər verir ki, son yarımfinalçı “Minnesota Timbervulvz” olub. Bu komanda seriyanın yeddinci oyununda “Denver Naggets”i (98:90) məğlub edərək 1/2 finala adlayıb. Minnesota təmsilçisinin bu mərhələdəki rəqibi “Dallas Maveriks” olacaq.
Yarımfinal mərhələsinin digər matçında isə “Boston Seltiks” və “İndiana” münasibətlərini aydınlaşdıracaq.
Qeyd edək ki, bu cütün görüşləri mayın 22-də start götürəcək.
0
0