“Neftçi” məğlub oldu - YENİLƏNİB
06.10.2026 - 22:37
“Neftçi” məğlub oldu - YENİLƏNİB

“Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk oyununu keçirib.

Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi H qrupundakı ilk matçında Yunanıstanda “Mikonos”un qonağı olub.

Görüş Bakı təmsilçisinin məğlubiyyəti ilə nəticələnib - 58:78.

Qeyd edək ki, H qrupunda “Oradya” (Rumıniya), “Friburq Olimpik” (İsveçrə), VEF (Latviya) və “Lokomotiv” (Plovdiv, Bolqarıstan) da mübarizə aparır.