“Neftçi” Polşa təmsilçisini məğlub edib
05.11.2025 - 23:04
“Neftçi” Polşa təmsilçisini məğlub edib

Azərbaycanın basketbol klubu "Neftçi" FIBA Avropa Kubokunda növbəti oyununa çıxıb.

Apasport.az xəbər verir ki, I qrupunda mübarizə aparan "ağ-qaralar" IV turda Polşanın "Trefl" komandası ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında baş tutan qarşılaşma təmsilçimizin 92:87 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, qrupun digər görüşündə "Abşeron Lions" Estoniyada "Kalev"in qonağı olacaq. Bu oyun isə saat 21:30-da başlayacaq.