“Neftçi” və “Sabah”dan qələbə
19.03.2025 - 22:04
“Neftçi” və “Sabah”dan qələbə

Kişilər arasında Azərbaycan Basketbol Liqasında XIX tura yekun vurulub.

Apasport.az xəbər verir ki, bu gün daha 2 matç keçirilib.

A qrupunun lideri “Sabah” NTD ilə üz-üzə gəlib. Gözlənilən kimi, Azərbaycan çempionu asan qələbə qazanıb.

Tura “Sərhədçi” – “Neftçi” qarşılaşması ilə yekun vurulub. Son oyunlarda uğurlu çıxış edən "ağ-qaralar" növbəti dəfə meydanı qalib tərk ediblər.

Azərbaycan Basketbol Liqası
XIX tur
19 mart
A qrupu
16:00. NTD – “Sabah” - 79:105 (20:27, 20:26, 18:25, 21:27)

“Sərhədçi” İM

19:00. “Sərhədçi” – “Neftçi” - 70:84 (16:21, 19:22, 12:20, 23:21)
“Sərhədçi” İM