![NTD-nin basketbolçusu: "Bunlar bizə əlavə güc verdi"](https://ww3.apasport.az/storage/news/2025/february/05/big/67a352726d51867a352726d519173875672267a352726d51667a352726d517.jpg)
"Mövsümün ortasında komandada böyük dəyişikliklər oldu və bunlar bizə əlavə güc verdi".
Apasport.az xəbər verir ki, bunu NTD-nin basketbolçusu Əkbər Məmmədov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Komandanın kapitanı yeni oyunçuların kollektivə uyğunlaşdığını bildirib:
"Komanda meydançaya niyə çıxdığını və necə oynayacağını yaxşı bilir. Bir-birimizi yaxşı başa düşürük və hər şey hələlik planlaşdırdığımız kimi gedir. Dəyişikliklərin məqsədi də məhz bu idi".
O, Azərbaycan Basketbol Liqasında "Sabah"a qarşı keçirəcəkləri matçla bağlı da fikirlərini bölüşüb:
"Bu rəqiblə iki uğursuz oyun keçirmişik, amma bu dəfə hər şey fərqli olmalıdır. İnanıram ki, bu dəfə onlara qarşı öz oyunumuzu göstərə biləcəyik. NTD-nin "Sabah"ı məğlub etməyə kifayət qədər gücü var. Bu, bizim üçün çox vacib görüşdür. Məşqlərdə var gücümüzlə çalışırıq. Liqada artıq 4 qələbə qazanmışıq və növbəti turlarda qalib gələ bilsək, ilk "üçlüy"ə daxil ola bilərik. Çünki rəqiblərdən çox geri qalmırıq. İnanıram ki, ilk "üçlüy"ə düşüb, pley-offa birbaşa yüksələcəyik".
Qeyd edək ki, "Sabah" - NTD qarşılaşması fevralın 7-də, saat 19:00-da start götürəcək.