Ölkə çempionatının oyunları təxirə salınıb
25.12.2024 - 19:42
![Ölkə çempionatının oyunları təxirə salınıb](https://ww3.apasport.az/storage/news/2024/december/25/big/676c282771d3e676c282771d3f1735141415676c282771d33676c282771d3d.jpeg)
Azərbaycan Basketbol Liqasının sabah keçirilməli olan görüşləri matəm günü ilə bağlı təxirə salınıb.
Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.
Bu gün Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar sabahkı görüşlər 2025-ci ildə keçiriləcək.
Matçların yanvarda oynanılması gözlənilir.
Qeyd edək ki, IX turun son oyun günündə “Şəki” – “Gəncə” və “Sumqayıt” – “Quba” qarşılaşmaları keçirilməli idi.
0
0