![“Ordu”nun baş məşqçisi: “Oyunçularım meydanda nə etdiklərini bilmirdilər”](https://ww3.apasport.az/storage/news/2024/december/11/big/6759ea8376f866759ea8376f8717339459876759ea8376f846759ea8376f85.jpeg)
"Ordu"nun baş məşqçisi Alberto Blanko "Sumqayıt"a qarşı Azərbaycan Basketbol Liqasının VI turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, mütəxəssis matç barədə fikirlərini bildirib:
“Sonuncu period olmasaydı, asanlıqla qələbə qazandığımızı deyə bilərdim. 35 dəqiqə ərzində əla oyun göstərdik. Hücumda yüksək temp saxlayıb, yaxşı müdafiə olunurduq. Ancaq son 5 dəqiqədə zəif çıxış etdik. Həmin vaxt oyunçularım meydanda nə etdiklərini bilmirdilər. Bütün bunlara baxmayaraq komandamı təbrik edirəm".
Qeyd edək ki, "Ordu" - "Sumqayıt" qarşılaşması birincilərin 115:81 hesablı qələbəsi ilə yekunlaşıb