"Pley-offda "Neftçi” ilə oyunun maraqlı və şən keçəcəyini düşünürəm".
Apasport.az xəbər verir ki, bunu "Ordu”nun oyunçusu Brendon Toker Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində qarşılaşacaqları “Neftçi” ilə oyundan öncə klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Amerikalı basketbolçu rəqibin çox güclü olduğunu vurğulayıb.
"Pley-offda mübarizə apardığımıza görə çox sevincliyik. İndi daha diqqətli və əzmkar olmalıyıq. Pley-off matçları adi oyunlardan çox fərqlənir. Burada həyəcan və adrenalin ən yüksək səviyyədə olur. “Neftçi” ilə oyunun da maraqlı və şən keçəcəyini düşünürəm. Burada yaxşı fiziki mübarizə və gözəl emosiyalar olacaq. Rəqibimiz çox güclü komandadır. Onlara qarşı bütün gücümüzü ortaya qoyacağıq. Bu seriyanın necə nəticələnəcəyini səbirsizliklə gözləyirəm. İnanıram ki, sonda qalib gələn “Ordu” komandası olacaq".
Qeyd edək ki, “Neftçi” - “Ordu” görüşü bu gün, saat 18:00-da Bakı İdman Sarayında başlayacaq.
- Marko Neqrinin Hekayəsi: Şotlandiyada Parlayan və Sönən Bir Ulduz
- Azərbaycan - Slovakiya matçının biletləri satışa çıxarılıb
- Milli Gimnastika Arenasında təlim-məşqlər davam edir
- Meza Kolli: "Mən özümü Azərbaycanda xoşbəxt hiss edirəm" - MÜSAHİBƏ
- "Bayer" - "Qarabağ" matçının biletləri satışa çıxarılır