Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında basketbol yarışları davam edir.
Apasport.az xəbər verir ki, bu gün baş tutmuş 1/4 final görüşlərindən sonra yarımfinalçıların adlarına aydınlıq gəlib.
Braziliyanı böyük fərqlə (122:87) məğlub edən ABŞ Avstraliya səddini çətinliklə keçən Serbiya (95:90) ilə qarşılaşacaq.
Ev sahibi Fransa Kanadanı 82:73 hesabı ilə məyus edib. Fransızlar yarımfinalda yunanıstanı mübarizədən kənarlaşdıran Almaniyaya (76:63) rəqib olub.
Basketbol yarışlarının yarımfinal mərhələsi avqustun 8-də baş tutacaq. Fransa - Almaniya cütü Bakı vaxtı ilə saat 19:30-da, ABŞ - Serbiya isə 23:00-da üz-üzə gələcək.
Qeyd edək ki, final matçı avqustun 10-da keçiriləcək.
- 57 yaşlı futbolçu yeni komandasında
- Qurban Qurbanov: “Ona inanaraq, güvənərək komandaya götürmüşəm” - MÜSAHİBƏ
- Branimir Subaşiç Azərbaycan “Srvena Zvezda”ya futbolçu aparacaq - MÜSAHİBƏ
- Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin tərkibi təsdiq edilib
- "Qarabağ" - "Qalatasaray" oyunu üçün EKSPRESS MARŞRUTLAR