![Pol “Finiks”də “günəş açmadı”](https://ww3.apasport.az/storage/news/2023/may/12/big/645e6855c0cf2645e6855c0cf31683908693645e6855c0cf0645e6855c0cf1.jpg)
“Finiks ” yayda Kris Pola qapını göstərmək niyyətindədir.
Apasport.az saytı xəbər verir ki, pley-offdakı növbəti uğursuzluq klub rəhbərliyini buna vadar edib.
2020-ci ildən “Finiks”ə qoşulan Pol klubun tarixində ilk çempionluq arzusuna “dərman” ola bilməyib. “Günəşlər” yalnız 2021-ci ildə finala yüksələ biliblər, amma burada da “Miluoki”yə uduzublar.
Klub rəhbərliyini düşündürən digər məsələ 38 yaşlı basketbolçunun məvacibidir. Müqavilənin şərtlərinə görə, iyunun 28-dən Krisin maaşı 15,8 milyon dollardan 30,8 milyona yüksələcək. Rəhbərlik isə bu müddətədək basketbolçu ilə yolları ayırmağı düşünür.
Qeyd edək ki, “Finiks” konfrans yarımfinalında “Denver”ə məğlub olub (2:4).