"Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, o, "Lənkəran" üzərində qazanılan (60:89) qələbəni şərh edib:
"Lənkəran"ın heyətində bəzi çatışmazlıqlar var idi. Onların oyunçuları müəyyən səbəblər dolayısı ilə hamısı yerində deyildi. Bütün bunlara baxmayaraq, biz oyuna ciddi yanaşdıq. Çünki ardıcıl iki oyunda uduzmuşduq. Həmin məğlubiyyətlər komandanın ruhunu aşağı salmışdı. Oyuna yaxşı hazırlaşdıq. Müdafiədə də etibarlı oynayıb, yaxşı hücumlar qurmağa çalışdıq. Bunu da edə bildik. İstədiyimizi bacardıq. Komandamı təbrik edirəm. Yəqin ki, uğurlarımızın davamı gələcək. Biz daim analizlər edib, səhvlərimiz üzərində işləyib, daha yaxşı olmağa can atırıq. Çalışacağıq ki, növbəti turlarda da qələbə qazanaq. Lənkəran səfərindəki qələbə komandada özünəinamı da yüksəldəcək".
- Vüsal İsgəndərli Azərbaycana qayıtmaq istəmir
- Oğuzhan Özyakup Ramil Şeydayevin komandasından imtina etdi
- XXI əsrin ən yaxşı futbolçularının siyahısı açıqlanıb
- Füzulidə “Prezident Kuboku-2025” çərçivəsində sakinlər üçün xüsusi tədbir keçiriləcək
- Adrian Mutu: “Penalti epizodu bizim üçün ağır nəticələndi” - MÜSAHİBƏ