"Sabah" ard-arda ikinci dəfə çempiondur
24.05.2024 - 21:42
24 may "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) final seriyasının 4-cü oyunu baş tutub.
Apasport.az xəbər verir ki, "Sabah" və "Xəzri" komandaları arasında final seriyasının 4-cü oyunu bərabər mübarizə şəraitində başlayıb. Daha sonra oyunun sonlarında üstünlüyü ələ keçirən "Sabah", yekunda 74-69 hesablı qələbə qazanıb. Bu qələbə ilə final seriyasında ümumi hesabı 3-1 edən "Sabah", arxa-arxaya ikinci dəfə Azərbaycan Basketbol Liqasında çempion olub.
Final seriyasının ən dəyərli oyunçusu (MVP) "Sabah" klubundan Şirzad Sirzadov seçilib
- "Sumqayıt"ın şikayəti təmin olunmayıb
- Georgiyevski Emin Mahmudov səsləndi: “Kapitan kimi onlara deməlisən ki...” - MÜSAHİBƏ
- Azərbaycan Velosiped Federasiyasının yeni İcraiyyə Komitəsinin ilk iclası keçirilib
- Slovakiya - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
- "Ayaks"ın qolkiperi: “Qarabağ”a qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq”
0
0