24 aprel "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 18-ci turunun açılış oyunu baş tutub.
Apasport.az xəbər verir ki, "Sabah" və "Xəzri" klublarının üz-üzə gəldiyi oyunda, "Sabah" rəqibinə 77-65 hesabı ilə qalib gəlib. Bu qələbə ilə "Sabah" klubu müntəzəm mövsümü lider bitirərək, adını pley-off 'un yarımfinalına yazdırıb.
Ən məhsuldar basketbolçular: "Sabah" (Artyoms Butyankovs - 15 xal, 13 ribaund), "Xəzri" (Cordan Perkins - 18 xal, 6 ribaund).
Qeyd edək ki, sonuncu 18-ci turun növbəti oyunları ("Xırdalan" - "Cəlilabad", "Neftçi" - "Sərhədçi", "NTD-İNDİQO" - "Şəki", "Gəncə" - "Sumqayıt") 25,26,27 və 28 aprel tarixlərində baş tutacaq
- Çempionlar Liqasında yarımfinal cütlükləri bəlli olub: Erkən final
- Terim "Fənərbaxça"da "gözdən düşən" futbolçunu istəyir
- Dünya çempionatı: Qadınlardan ibarət Azərbaycan millisi finalda
- AMADA rəsmisi Avropa Şurasının Antidopinq Konvensiyasının iclasında iştirak edib
- Bundesliqa: “Dortmund”dan darmadağın - VİDEO