"Sabah" növbəti dəfə məğlub olub
08.01.2025 - 23:55
!["Sabah" növbəti dəfə məğlub olub](https://ww3.apasport.az/storage/news/2025/january/08/big/677ec519c948e677ec519c948f1736361241677ec519c948c677ec519c948d.jpg)
Azərbaycan Basketbol Liqasında 2025-ci ilin ilk oyunu keçirilib.
Apasport.az xəbər verir ki, X tura Bakı İdman Sarayında start verilib.
“Sabah” ən yaxın izləyicisi “Naxçıvan”la qarşılaşıb. Oyuna muxtar respublika təmsilçisi üstün başlayıb.
Qərblilər yekunda 5 xal fərqlə qələbə qazanıb.
Azərbaycan Basketbol Liqası
X tur
8 yanvar
19:00. “Sabah” – “Naxçıvan” - 75:80 (22:23, 20:22, 14:17, 19:18)
Bakı İdman Sarayı
Qeyd edək ki, X tura yanvarın 12-də yekun vurulacaq.
0
0