“Sabah”dan növbəti qalibiyyət
13.09.2025 - 23:50
“Sabah” BK yeni mövsümə hazırlıq çərçivəsində Litvada təlim-məşq toplanışında növbəti yoldaşlıq oyunu keçirib.
Apasport.az xəbər verir ki, komanda yerli "Qarqjday" klubunu 96:92 hesabı ilə məğlub edib.
Bakılılar bundan əvvəl də "Nevezis" (102:82) və "Yuventus" (90:83) üzərində qələbə qazanıb. Komandanın məğlubiyyətləri də olub: Klub “Neptunas”a (88:98), həmçinin “Jalgiris”ə 58:75 hesabı ilə uduzub.
Ümumilikdə, “Sabah” Litva toplanışında yeni mövsümə hazırlığın mühüm tərkib hissəsinə çevriləcək altı yoldaşlıq oyunu keçirməyi planlaşdırır.
- Boksçumuz doğum günündə AÇ-nin yarımfinalına vəsiqə qazanıb
- “Zirə” - “Kəpəz” matçının tarixi bəlli oldu
- "Fənərbaxça" və "Qalatasaray" yenə üz-üzə: Braziliyalı qolkiper Türkiyə yolunda
- "Qalatasaray"dan növbəti transfer bombası: Fransa klubuna rəsmi təklif göndərdilər
- Realdan inamlı qələbə - Xoselu tarixə düşdü
0
0