“Sabah” heyətini amerikalı basketbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda David Nikols ilə 2 illik müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
1996-cı il martın 26-da ABŞ-da anadan olan David Nikols 183 sm boya malikdir. Oyun qurucu mövqeyində çıxış edən Nikols karyerasına ABŞ-ın nüfuzlu universitet komandalarında başlayıb və “Albany Great Danes” ilə “Florida State Seminoles”dəki stabil çıxışı ilə yadda qalıb.
2024-cü ilin yayında “Alba Fehérvár” ilə müqavilə imzalayan Nikols debüt mövsümündə komandanın liderlərindən birinə çevrilib. Burada göstərdiyi möhtəşəm performans sayəsində həm FIBA Avropa Kubokunda, həm də Macarıstan çempionatında çıxışı Avropa basketbol ictimaiyyətində geniş rezonans doğurub.
Qeyd edək ki, David Nikols son olaraq Türkiyənin “Yalovaspor” klubunda çıxış edib.
- Konqo prezidentindən Ramoşa: “Bizə uduzub, Dünya Kubokunu qazanacaqsınız”
- KL: "Çelsi" və “Fiorentina”dan qələbə, “Kopenhagen” məğlub oldu - YENİLƏNİR
- Bakıda UEFA-nın məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək
- “Leypziq” Xavini transfer etdi - rəsmi
- “Qarabağ”- “Dinamo Kiyev” oyunundan əvvəl fan zona təşkil olunacaq