“Sabah”ın baş məşqçisi: “Bu bizim işimizdir”
21.04.2025 - 21:55
"Sabah" basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, o, "Sərhədçi" ilə oyun barədə fikirlərini bildirib:
"Qələbə qazandığımıza görə şadam. İlk 2 periodda 30 xallıq fərq yaratsaq da, növbəti 2 periodda komadanın sərgilədiyi oyundan razı qalmadım. Bu bizim işimizdir. Hesabdan asılı olmayaraq bunu yüksək səviyyədə görməliyik. Müdafiədə səhvlərimiz oldu. Hər oyundan nəsə öyrənməliyik. Nəticə çıxarmalıyıq".
Qeyd edək ki, "Sabah" "Sərhədçi"yə 100:77 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.
- Lunyov bu gün "Qarabağ"ın düşərgəsinə qoşulacaq
- "Makkabi"nin baş məşqçisi: "Vəziyyəti dəyişə bilərdik"
- Azərbaycanın məşhur şahmatçıları ölkə çempionatına qatılacaqlar
- Azərbaycanın oğlan basketbolçulardan ibarət U-20 millisi Tbilisidə iki qələbə qazanıb
- Rəşad Sadıqov: “Bugünki "Neftçi"ni nəzərə alsaq, bir xal qazandıq” - MÜSAHİBƏ
0
0