“Sabah”ın yeni transferi: “Çempionlar Liqasında yaxşı oynaya bilərik”
28.06.2025 - 12:40
“Sabah”ın yeni transferi: “Çempionlar Liqasında yaxşı oynaya bilərik”

“Sabah”ın yeni transferi Kamran Məmmədov klubunun mətbuat xidmətinə müsahibə verib.

Apasport.az həmin müsahibəni təqdim edir.

- “Sabah”a qayıdacağınızı eşidəndə hansı hissləri keçirdiz?
- Çox sevinirdim. Çünki iki ildən sonra doğma yerə qayıdıram. Kluba mənə göstərdiyi etimada görə təşəkkür edirəm. Ümid edirəm ki, bunu doğruldacam.

- Komanda bu iki ildə necə dəyişib?
- “Sabah” bu iki ildə çox inkişaf edib. Düşünürəm ki, komanda basketbolda böyük iş görüb. İki ildə iki-üç pillə yüksəlib.

- Kluba keçdikdən sonra əsas motivasiyanız nədir?
- Əsas motivasiyam bu güclü komandada oynamağa layiq olduğumu sübut etməkdir.

- Son 2 ildə həm oyunçu, həm insan kimi nədə inkişaf etdiz? 
- Məncə, həm oyunçu, həm də insan kimi əsas uğurum böyüməkdir. Daha çox təcrübə qazandım. Ümid edirəm ki, bu təcrübəni oynayacağımız səviyyədə tətbiq edə bilərəm.

- “Sabah”da reallaşdırmaq istədiyiniz məqsədləriniz varmı?
- Avropa və Azərbaycanda sübut etmək istəyirik ki, klubumuz Çempionlar Liqasında yaxşı oynaya bilər.

- Azarkeşlərə nə demək istərdiz?
- Etimadınıza görə təşəkkür edirəm. Sizi oyunlarda gözləyirik. Hamınızı görməyə şad olaram. Gəlin “Sabah”a azarkeşlik edin.