Şəhriyar Əsgərov: “Uğurlu olmaq istəyirik”
17.03.2025 - 22:58
Şəhriyar Əsgərov: “Uğurlu olmaq istəyirik”

"Quba" basketbol komandasının baş məşqçisi Şəhriyar Əsgərov klubun mətbuat xidmətinə açıqlama verib.

Apasport.az xəbər verir ki, o, "Sumqayıt"a 103:112 hesablı məğlubiyyəti şərh edib:

"Yaxşı hazırlaşmışdıq. "Sumqayıt"da üç oyunçu ön plana çıxdı. Bu gün "Sumqayıt"ın oyunçularının atdıqları səbətə düşdü. Müdafiədə etdiyimiz dəyişikliklərə baxmayaraq, yenə uduzduq. Mövsümdə bir oyunumuz qalıb. "Ordu" ilə matça yaxşı hazırlaşıb müntəzəm mövsümü yüksək notlarla bitirməyi düşünürük. Görək də necə alınacaq. Uğurlu olmaq istəyirik".

Qeyd eədk ki, "Quba" mövsümdə 14-cü dəfə uduzaraq, pley-inə yüksəlmək şansını itirib.