"Şəki" heyətini amerikalı basketbolçu ilə gücləndirib
02.10.2024 - 12:48
“Şəki” klubu amerikalı basketbolçu Coş Robinsonla güclənib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tam adı Coşua Kuinşon Eyvanda Robinson olan, 198 sm boya malik basketbolçu yeni klubunda 3 nömrəli formanı geyinəcək.
Ötən mövsümü Şadron Dövlət Kollecinin basketbol komandasında keçirən 24 yaşlı hücumçu Avropada ilk peşəkar müqaviləsini "Şəki" ilə bağlayıb.
Qeyd edək ki, Şəki təmsilçisi daha əvvəl Ərcan Donat, Əbdülmətin Quliyev, Kris Barton, Karl Cons, Ceyhun Həsənli və Aleks Koldvelli heyətinə qatıb.
- Yassin Benzia: "Bura Azərbaycanı təmsil etməyə gəlmişik"
- Vidadi Əhmədov: “Belə davam eləsə, futbolumuz tamam məhv olacaq” - OFSAYD
- AFFA rəsmisi Avropa Futbol Azarkeşləri təşkilatı tərəfindən keçirilən görüşdə iştirak edib
- Premyer Liqanın ən yaxşı 10 yarımmüdafiəçisi
- UEFA millimizin B liqasına yüksəlməsi üçün şans yaratdı
0
0