Azərbaycan Basketbol Liqasında VI tura yekun vurulub.
Apasport.az xəbər verir ki, turun son qarşılaşmasında "Quba" "Şəki"ni qəbul edib.
Üçüncü periodda üstünlüyə yiyələnən "Şəki" inamlı qələbə qazanıb: 90:68.
Bu qələbə qonaqları 2-ci pilləyə yüksəldib.
Qeyd edək ki, Quba Olimpiya Kompleksində baş tutan görüşü Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri və Quba Rayon İcra başçısı İlqar Mahmudov birlikdə izləyib.
Azərbaycan Basketbol Liqası
VI tur
B qrupu
15 dekabr
16:00. "Quba" - "Şəki" - 68:90 (17:25, 21:15, 10:22, 20:28)
Quba OİK
- Rusiya klubu fəaliyyətini dayandıracağı ilə bağlı xəbəri təkzib etdi
- Qərb derbisinin qalibi "Kəpəz" oldu - YENİLƏNİB
- Konfrans Liqası: “Zirə” - "Hayduk” oyununun hakimləri bəlli olub
- "Qarabağ" "Napoli" ilə oyundan öncə azarkeşlərinə müraciət edib
- Tərlan Əhmədov: "Bəzi oyunçular artıq “Qarabağ”da oynamaqdan doyublar”