“Sərhədçi”nin üzvü: “Ümid edirəm ki, hazırıq”
29.03.2025 - 12:55
“Sərhədçi”nin üzvü: “Ümid edirəm ki, hazırıq”

"Düşünürəm ki, bu həftə yaxşı məşq etdik, bir az zədə problemimiz oldu, amma bu da arxada qaldı".

Apasport.az xəbər verir ki, bunu “Sərhədçi”nin basketbolçusu Milenko Velikoviç klubun mətbuat xidmətinə açıqlamasında deyib.

29 yaşlı oyunçu komandasının Azərbaycan çempionatında növbəti oyunlara hazırlığından danışıb: “Bir neçə gün istirahət etdik, bu, əvvəlki dövrdə sıx iş qrafikimizə malik olduğumuz üçün faydalı oldu. Ümid edirəm ki, hazırıq, son bir neçə oyunda gözlənilən nəticəni əldə edə bilməmişik. Növbəti matçlar bizim üçün çox önəmlidir, müsbət nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Velikoviç komandanın zəif cəhətlər üzərində işlədiyini vurğulayıb: “Əlbəttə ki, çoxlu məğlubiyyətlər almaq asan deyil, çünki qarşıda da çox oyun qalmayıb. Qarşıdakı oyunlarda müdafiədə və itirilmiş toplarda səhvləri azaltmağa, üstünlüklərimizdən istifadə etməyə və oyunumuzu tətbiq etməyə çalışacağıq”.

Qeyd edək ki, “Sərhədçi” 19 turdan sonra 25 xalla Azərbaycan Basketbol Liqasının turnir cədvəlində sonuncu yerdə qərarlaşıb.